Fleboloq ilə məsləhətləşməyə nə üçün ehtiyac var?
Fleboloq ilə məsləhətləşməyə nə üçün ehtiyac var?
Aşağı ətraf varikoz genişlənmiş damarları çox sayda insanları narahat edir. Dünyadakı insanların əksəriyyəti bu xəstəlik haqqında məlumatlıdırlar. Bəzi insanlar varikoz xəstəliyinin əlamətləri baş verdikdə dərhal həkimlərə müraciət etmir və son mərhələlərində,eləcə də ağırlaşmaların inkişafına qədər bəzi müalicələri təxirə salırlar. Hansı vəziyyətlərdə bir mütəxəssisdən kömək istəmək lazımdır və xalq təbabəti üsulları ilə müalicə etmək olarmı?
Aşağıda qeyd olunan əlamətləri şəxs hiss etməyə başladığı halda həkim fleboloqa müraciət etmək lazımdır:
- Ayaqlarda ağrı və ağırlıq
Bu hal (əsasən axşam saatlarında) hiss edildikdə müraciət olunmalıdır. Lakin səhər və günün erkən saatlarında, ayaqlardakı ağırlıq və ağrı varikoz genişlənmiş damarlarına xarakterik deyil. - Şişkinlik sindromu. Bu sindromun olub olmadığını başa düşmək üçün sadə bir test aparmaq lazımdır. Barmaqların ucu ilə aşağı ətraflara toxunun. Bundan sonra toxunan yerdə şişkinliyin olmasını müşahidə etmək olar. Şişkinlik sindromu da ağrı kimi yalnız axşam saatlarında hiss olunur. Səhər saatlarında şişkinlik olarsa, bunun üçün həkimə müraciət etmək vacibdir. Bundan əlavə, varikoz genişlənmiş damarlarından yaranan şişkinlik ayaqqabı ilə tanına bilər. Ayaqqabıların axşam saatlarında sıxıldığı və səhər saatlarında normal vəziyyətdə ayaqlara oturduğu ilə də şişkinliyi bilmək olur.
- Ayaqların əzələlərində spazmalar (xüsusilə də gecə vaxtı) əmələ gəlir. Aşağı ətraflarda olan spazmalar bir çox xəstəliklərin fonunda görünə bilər. Varikoz genişlənmiş damarlarını istisna etmək üçün bir fleboloq müayinəsindən keçmək lazımdır.
- Ayaqların səthində genişlənmiş damar və kapilyarların görünməsi. Bu xüsusiyyət aşağı ətraf varikoz genişlənmiş damarlarında ən çox əmələ gələn sindromdur.
Bir fleboloq qəbulunda bütün yuxarıda qeyd olunan şikayətlər müəyyən edilir. Digər xəstəliklərdən fərqli olaraq, diaqnoz üçün fleboloq instrumental tədqiqat üsullarını həyata keçirir. Məsələn Rəngli Doppler. Bu tamamilə ağrısız və qeyri-invaziv prosedur, ayaq damarlarının funksional vəziyyətini qiymətləndirməyə imkan verir. Beləliklə, pasient haqqında lazım olan bütün məlumatları bilən həkim, instrumental tədqiqat üsullarını sərf edərək, varikoz damarlarının diaqnozunu qoyur.
Onların köməyi ilə damarların patologiyasını müəyyən etmək mümkündür. Damarların ölçüləri mütləq məlum olduqda, ayaqlarda şişkinlik və ağrı sindromların inkişafının digər mümkün variantlarını axtarmaq üçün davam edirlər.