50 yaşdan sonra varikoz

Aşağı ətrafların varikoz genişlənmiş damarlarının inkişafı yaşdan asılıdırmı?
50 yaşdan sonra varikoz damarların xəstəliyi olan insanlar yaşa görə “gənc”lərdirlər. Bugün artıq varikoz təzahürləri ilə əlaqədar həkim-fleboloqlara yalnız yaşlılar deyil, həm də gənclər müraciət edir. Bəzi hallarda, 30 yaşı olan insanlar da varikoz genişlənmiş damarların 2-ci və 3-cü mərhələsinə çatırlar ki, bu da cərrahi müdaxiləni tələb edir. Ancaq daha çox yaşlı insanlarda (50 yaşdan sonra) aşağı ətrafların varikoz genişlənmiş damarları inkişaf edir.
50 yaşdan sonra varikoz hansı faktorlar nəticəsində yarana bilər?
Belə yaş kateqoriyasında varikoz bir çox amillərin təsirindən yaranır.
- Birincisi, yaşla əlaqədar damar divarının elastikliyinin itməsidir ki, damar tez genişlənir və uzanır.
- İkincisi, yaşı ilə əlaqədar insanın bəzi xəstəliklər tapmasıdır. Onlar tez-tez hipertoniya (yüksək təzyiq), diabet (şəkər xəstəliyi), ürək-damar xəstəliklərindən və s. şikayət edirlər. Bu kimi xəstəliklər insanın həyat keyfiyyətini pisləşdirir və damar sisteminə mənfi təsir göstərmiş olur.
- Üçüncüsü, ən çox 50 yaşdan yuxarı insanlar aşağı fəaliyyətli həyat tərzi keçirirlər. Əlbəttə ki, bu qaydada istisnalar da vardır. Təqaüdçülər rəqslə və ya digər idman fəaliyyətlərində fəal iştirak etsə də, lakin təəssüf ki, onların sayı azlıq təşkil edir. Təqaüdçü olanların əksəriyyəti aktiv fəaliyyətlərlə məşğul olmağı dayandırır və passiv həyat tərzinə keçməyi üstün tuturlar. Bu vəziyyət aşağı ətraflara zamanla düşən yükün artmasına gətirib çıxarır. Yükün artması səbəbindən, yaşlı insanlar varikoz genişlənməyə daha həssas olurlar.
Qapaq çatmazlığı
50 yaşdan yuxarı olan insanların aşağı ətraf varikoz genişlənmiş damarlarının inkişafında digər bir amil qapaq aparatının zəifləməsini göstərmək olar. Qapaq çatmazlığının şiddət dərəcəsinə əsaslanaraq, varikoz xəstəliyinin mərhələlərini GRADE təsnifatına uyğun olaraq təyin edirlər.
Uşaqlar ayaqların varikoz genişlənmiş damarlarından əziyyət çəkirlərmi?
Xoşbəxtlikdən, uşaqlarda varikoz damarları son dərəcə nadirdir. Onun görünüşü damar divarının anadangəlmə patologiyası ilə əlaqələndirilir. Uşaqlarda varikoz damarlarına angiodisplaziya deyilir.
Sonda, belə bir nəticəyə gəlmək olar ki, 50 yaşdan yuxarı olan insanlar aşağı ətraf varikoz genişlənmiş damarların xəstəliyinin inkişafı üçün risk kateqoriyasına daxildirlər. Bu səbəbdən də varikoz genişlənmiş damar xəstəlikləri üzrə həkim-fleboloqa hər il müraciət etmək lazımdır.