Yay aylarında varikoz damarlar
Yay aylarında varikoz damarlar inkişaf edə bilərmi?
Aşağı ətraf varikoz genişlənmiş damarların xəstəliyi bir çox amillər səbəbindən inkişaf edir. Fəsillər ümumi olaraq varikoz damarlarının inkişafına birbaşa təsir göstərmir. Lakin varikoz xəstəliyi varsa, fəsillər simptomların şiddətinə təsir göstərə bilir. Qeyd edək ki, yay aylarında şişkinlik, yorğunluq və ağırlıq şikayətlərinin sayı əhəmiyyətli dərəcədə arta bilər. Buna səbəb yay fəslində bədənin ultrabənövşəyi şüalara daha çox məruz qalmasıdır. Məlum olduğu kimi, ultrabənövşəyi şüalar insanın damar sisteminə mənfi təsir göstərə bilər. Ultrabənövşəyi şüaların təsiri altında damarların divarları elastikliyini itirir, yəni damar tonusunu azaldır. Aşağı ətrafların varikoz genişlənmiş damarlarından əziyyət çəkən insanlar üçün bu səbəbdən solyaridən istifadə və günəş vannası qəbul etmək məsləhət deyil. Amma iqlim şəraitinin təsiri qaçınılmazdır, buna görə də yay aylarında varikoz genişlənmiş damarların inkişaf etməsi mümkün olur.
Yayda varikoz xəstəliyi hansı fəsadlar göstərə bilər?
Yay aylarında varikoz damarlarının simptomları ilə bağlı şikayətlərin artmasına səbəb olan digər amil tərləmə prosesidir. Buna səbəb isti havalarda tərləmə prosesinin artmasıdır. Artıq tərləmə qanın qatılıq qabiliyyətinə təsir göstərə bilər. Qatılığı artmış qanın aşağı ətraflardan ürəyə qalxmasında pozuntular baş verir. Buna görə də, varikoz genişlənmiş damarların xəstəliyininin tromboflebit kimi ağırlaşması yayda daha tez-tez baş verir. Bu vəziyyəti aradan qaldırmaq üçün gün ərzində ən azı 2 litr su içmək məsləhət görülür.
Hansı profilaktik tədbirlər görmək olar?
Xüsusilə yay vaxtı tətil dövrü olur. Uzun bir uçuş planlaşdırılırsa, onda varikoz damarlarından əziyyət çəkən insanlar, bunun üçün hazırlıq etməlidirlər. Təyyarə salonunda kreslo sıraları arasında məsafə azdır. Bu baxımdan, ayaqları uzatmaq və rahat bir mövqe tutmağın yolu yoxdur. Həm də damar sisteminə atmosfer təzyiqinin dəyişmələri mənfi təsir göstərir. Bu amillər varikoz damarların ağırlaşmasının inkişafına səbəb ola bilər. Bu vəziyyətdən qaçınmaq üçün uçuş zamanı sıxılma trikotajdan istifadə etmək vacibdir. Antivarikoz corab ayaqların şişməsini və ağırlığını azaldır.
Yay aylarında varikoz xəstəliyinin müalicəsi zamanı diqqət edilməli nüanslar
Yay aylarında aşağı ətraflarda Skleroterapiya seansları və ya varikoz damarlarının cərrahi müalicəsi planlaşdırılırsa, əməliyyatın və Skleroterapiyanın olduğu nahiyələrin günəşə verilməməsi məsləhət görülür. Əgər ultrabənövşəyi şüalar dəriyə düşərsə, piqment ləkələrinin (dəri nahiyələrinin qaralması) meydana gəlməsinə səbəb ola bilər.