skip to Main Content

Varikoz xəstəliyi zamanı idman və gimnastika

Varikoz Xəstəliyi Zamanı Idman Və Gimnastika

Varikoz üçün idman və gimnastika xeyirlidirmi?

Varikoz üçün idman vacibdirmi? Damar tonusunu qorumaq üçün hər gün gimnastika etmək lazımdır. Oturaq həyat tərzi aşağı ətrafların varikoz genişlənmiş damarlarının inkişafının əsas əlamətlərindən biri sayılır. Bu xəstəliyin qarşısını almaq üçün bir sıra idman məşğələləri keçirmək lazımdır.

Oturaq iş ilə gimnastikanı və idmanı necə birləşdirmək olar?

Əslində bu mümkündür. Məsələn, ofis işində insan vaxtının çoxunu oturma mövqeyində olur. Bu vəziyyətdə damar tonusunu və elastikliyini yaxşılaşdırmaq üçün fasilələrdə və iş vaxtı qurtardıqdan sonra uzun yürüşlər etmək məsləhət görülür. İş zamanı bir sıra sadə gimnastik hərəkətlər də etmək olar. Bu sadə gimnastik hərəkətlər çox vaxt tələb etmir.

Oturaq vəziyyətdə:

  • Ayaqları topuq nahiyəsindən dairəvi gimnastik hərəkət etdirmək;
  • Dabanı hərəkətsiz saxlayıb, ayaq pəncəsini yuxarı-aşağı gimnastik hərəkət etdirmək;
  • Ayaq pəncəsini hərəkətsiz saxlayıb, dabanı yuxarı-aşağı gimnastik hərəkət etdirmək;
  • Dizdən aşağı hissəni qaldırıb endirməklə gimnastik hərəkət etdirmək.

Uzun müddət məcburi olaraq ayaqda duran insanların aşağı ətraf varikoz damarlarının xəstəliyinin inkişaf riski vardır. Bu kateqoriyaya da gimnastika və idman tövsiyə olunur. Ayaqüstə duranda ardıcıl olaraq dabandan ayaq pəncəsinə, sonra ayaq pəncəsindən dabana gimnastik hərəkət etmək olar. Bu gimnastik  hərəkətlər ayaq əzələlərininin fəaliyyətinin yaxşılaşmasına kömək edir.

Evdə digər idman  hərəkətləri də bu məşqlərə əlavə edilə bilər.

Uzanmış vəziyyətdə:

  • Arxası üstə uzanarkən sol və sağ ayaqları növbəli olaraq qaldırıb endirməklə gimnastika hərəkəti yerinə yetirmək olar. İnsanın fiziki gücündən asılı olaraq ayaqların qaldırıb endirmək hərəkəti müxtəlif ola bilər.
  • Arxası üstə uzanmış vəziyyətdə ayaqlar velosiped sürmək kimi gimnastik hərəkət etdirilir.
  • Arxası üstə uzanmış halda daha bir hərəkət ayaqların “qayçı” formasında gimnastik hərəkətidir.

Bu gimnastik hərəkətlər qan dövranının pozulmasının aradan qaldırılmasına kömək edir və bununla da aşağı ətraflarda qan dövranını yaxşılaşdırır. Gimnastika və idman hərəkətlərinin insanlarda ürək-damar, həzm və əzələ sistemi xəstəliklərinin qarşısının alınmasında böyük bir əhəmiyyəti vardır. Gimnastika və idman hərəkətləri varikoz damarlarının riskini azaltmaqda əhəmiyyətli rol oynayır.

Beləliklə, bu və digər sadə gimnastik hərəkətləri gündəlik həyata keçirmək, yalnız əzələləri gücləndirmir, həm də aşağı ətraf varikoz damarlarının inkişaf ehtimalının azalmasına kömək edir.

Suallarınızı həkimlərimizə ünvanlayın

Back To Top