skip to Main Content

Skleroterapiyadan sonrakı fəsadlar

Skleroterapiyadan Sonrakı Fəsadlar

Skleroterapiya nədir?

Skleroterapiya teleangioektaziyalara (kapillyar torlar) qarşı mübarizə aparmaq üçün müasir və effektiv bir metoddur. Bu, varikoz damarlarının müalicəsi üçün ən təhlükəsiz üsullardan biridir. Həkim-fleboloq pasiyentin vəziyyətinə görə fərdi olaraq seansların lazımi sayını təyin edir. Seanslar arasında fasilə qurmaq üçün həkim-fleboloq pasiyent ilə müzakirə edir və istəklərini nəzərə alır.

İstənilən nəticəni əldə etmək üçün Skleroterapiya prosedurundan sonra həkim-fleboloqun tövsiyələrini yerinə yetirmək lazımdır. Bunlar aşağıdakılardır:

  • Sıxılma trikotajı və ya elastik bintləri mütləq istifadə etmək lazımdır. Bu metod ilə müalicə olunan nahiyələrin sıxılması sıxılma trikotajı və ya elastik bintlərin köməyi lazımi qədər təmin edilir. Bu qan damarlarının divarlarını “yapışdırmaq” təsirini artırmaq üçün lazımdır.
  • Skleroterapiya prosedurasından dərhal sonra yataq istirahətindən imtina etmək və mümkün qədər hərəkət etmək məsləhətdir. Məsələn, sürətlə gəzinti etmək məsləhət görülür.
  • Prosedur günündə hamam və duşdan imtina edilməsi tövsiyə olunur.
  • Müalicə olunan sahələr ultrabənövşəyi şüalardan qorunmalıdır. Yəni solyarimun və günəş vannasını bir müddət təxirə salınmalıdır.

Skleroterapiya sonrası fəsadlar hansılardır?

Bu tövsiyələrə əməl edildikdə, Skleroterapiya sonrası dövr minimal fəsadların riski ilə həyata keçirilir. Bir sonrakı seansdan əvvəl, fleboloq artıq aşağı ətrafların müalicə həyata keçiriləcək nahiyələrini tədqiq edir. Prosedurdan sonra kapilyar torlar dərhal keçib getmir. Seanslardan bir həftə sonra, genişlənmiş kapilyarların yerində açıq qəhvəyi zolaqlar görünə bilər. Bundan əlavə, pasiyentin dərisinin fərdi xüsusiyyətlərinə bağlı olaraq, Skleroterapiya proseduru sonrası aşağı ətraflarda dəri göyərməsi də ola bilər. Bu xüsusiyyətlər olduqda xüsusi bir müalicə gərəkli deyil və xüsusi bir tədbir görmədən keçə bilirlər. Bundan başqa, bu simptomların olması kapilyar torların müalicəsinin davam etdirilməsinə heç bir maneə törətmir. Müalicə zamanı skleroterapiyanın yeni bir texnologiyası tətbiq olunarsa, maye preparatın yerinə, onun köpük forması istifadə olunur. Bu metod ilə ağırlaşmaların sayı əhəmiyyətli dərəcədə azalmışdır.

Seanslar arasındakı vaxt aralığı nə qədər olmalıdır?

Pasiyent Skleroterapiyanın köməyi ilə damar torlarının müalicəsinin sonrasında fleboloqa müraciət etməlidir. Ümumiyyətlə bir sonrakı müraciət, son seansdan 6 ay sonraya planlaşdırılır. Bu zaman piqmentasiya və dəri göyərməsi tamamilə keçmiş olur və kapilyar tordan heç bir iz qalmır. Beləliklə, Skleroterapiya proseduru ilə varikoz genişlənmiş damar problemindən xilas olmaq və ayaqlara sağlam bir görünüş vemək mümkündür.

Suallarınızı həkimlərimizə ünvanlayın

Back To Top