skip to Main Content

Varikoz damarlar və ofis işi

Varikoz Damarlar Və Ofis Işi

Varikoz damarlar və ofis işi indiki həyatımızda

Varikoz damarlar və ofis işi axır vaxtlar aktual mövzuya çevrilib. Müasir dövrdə ofis işi çox nüfuzlu sayılır. Buna görə də hər il mühasib, menecer, iqtisadçı və s. peşələrə insanlar daha çox meyil edirlər. Ofis işi ilk baxışdan çox rahat şərtləri əhatə edir. Ancaq daha ətraflı nəzərdən keçirdikdə, o zaman başa düşmək olar ki, ofis işi heç də sağlamlıq üçün rahat deyil. Süni işıqlandırma, kompyuter qarşısında hərəkətsizlik və uzun müddət oturma mövqeyi insanın ümumi sağlamlığına mənfi təsir göstərə bilər. Bu şərtlərlə əlaqədar olaraq, bir çox insanlar görmə qabiliyyətinin zəiflədiyini, ayaqların yorğunluğunu və ağırlığını şikayət edir. Həkimlər ofis işi ilə əlaqədar olan xəstəlikləri “ofis işçilərinin peşə xəstəlikləri” adlandırırlar. Ən çox yayılmış xəstəliklərdən biri də aşağı ətrafların varikoz genişlənmiş damarlarıdır.

Офисная работа и варикозное расширение вен, Varikoz damarlar və ofis işi

Aşağı ətrafların varikoz genişlənmiş damarlarının inkişafında ofis işinin rolu nədən ibarətdir?

  • Hərəkətin  ümumi olmaması. İntellektual iş, ofiş işçilərinin oturaq həyat tərzinə səbəb olur. İşçinin ofisdə sərf etdiyi vaxtın daha çox hissəsi masanın arxasında oturmaqla keçir.
  • Uzun müddətli statik yük. Ofis işçiləri oturma mövqeyində gündə orta hesabla saat 08:00-dən başlayaraq 12 saat vaxt sərf edə bilirlər. Bu baxımdan belə bir vaxt işçi üçün əlverişli sayıla bilər. Ancaq rahat iş həmişə faydalı olduğunu ifadə etmir. Varikozun inkişafı, xüsusilə, ayağını digər ayağının üstünə qoymaq vərdişi ilə bağlıdır. Uzun müddətli statik yük insanın damar sisteminə son dərəcə mənfi təsir göstərə bilər. Bu halda qan dövranının zəifləməsi baş verir, yəni qan axını aşağı ətraflarda çətinləşir. Aşağı ətraflarda qanın yığılması, uzun oturma mövqeyində qan axınının pozulması ilə əlaqədardır. Ayağını ayağının üstünə qoymaq və ya çox dar paltar və ayaqqabılar damarların xaricdən sıxılmasına səbəb ola bilər. Damarların sıxılması, aşağı ətrafların qan axımının daha da çətinləşməsi və insanın vəziyyətinin pisləşməsi deməkdir. Burada varikoz genişlənmiş damarların təzahürləri daha aydın şəkildə görünür.

Profilaktik məqsədlə, ofis işçilərinə işlərini və ya iş şəraitini dəyişməyi məsləhət etmək olar. Lakin bu mümkün deyilsə, işdə və işdən sonra mümkün qədər çox hərəkət etmək (idman hərəkətləri ilə məşğul olmaq) lazımdır. Aktiv hərəkətlər aşağı ətrafların varikoz genişlənmiş damarlarının qarşısını almaq üçün ən yaxşı yoldur.

Suallarınızı həkimlərimizə ünvanlayın

Back To Top