skip to Main Content

Varikoz damar mərkəzi necə seçilməlidir?

Varikoz Damar Mərkəzi Necə Seçilməlidir?

Varikoz damar mərkəzi seçimi varikoz xəstəliyi olan insanlar üçün düzgün müalicə baxımından vacib amil hesab oluna bilər. Hər hansı bir xəstəliyin əlaməti görünərsə, insan həkimə kömək üçün müraciət etmiş olur. Aşağı ətraflarda şişkinlik, ağrı, ağırlıq və ayaqlarda yorğunluq kimi şikayətlər olarsa, bu, ən çox ehtimal ki, aşağı ətrafların varikoz damarlarının göstəricisidir. Bu vəziyyətdə pasiyentə həkim-fleboloq kömək edə bilər. İnsanın damar sistemi xəstəliklərini müalicə edən həkimlər “fleboloq” adlanırlar.

как выбрать флебологический центр

Bəs varikoz damar mərkəzi necə seçilməlidir?

Müasir şəraitdə çox sayda fərdi və ictimai tibb müəssisələri vardır. İlk növbədə, bu cür fərqliliklər arasında düzgün klinika seçmək çox çətindir. Unutmaq olmaz ki, hər kəs keyfiyyətli tibbi yardım almaq hüququna malikdir.

Seçdiyiniz zaman tibb müəssisəsində nəyə diqqət etmək lazımdır?

  • İlk növbədə, klinikanın profilinə diqqət yetirmək önəmlidir. Müasir dövrdə geniş və dar xüsusi profilli tibb mərkəzləri fəaliyyət göstərir. Geniş profilli tibb mərkəzləri müxtəlif istiqamətlər üzrə tibbi xidmət göstərirlər. Belə bir tibb mərkəzinin həkim heyətinə müxtəlif ixtisaslı həkimlər aiddir. Məsələn, geniş profilli tibb mərkəzlərində həm uşaqlar, həm də böyüklər üçün tibbi xidmət göstərilir. Dar xüsusi tibbi mərkəzlər isə sırf olaraq hər hansı bir profil ilə məşğul olurlar. Məsələn, aşağı ətrafların varikoz genişlənmiş damarları xəstəliyi ilə. Dar xüsusi ixtisaslaşmış tibb mərkəzlərinə üstünlük vermək daha yaxşıdır, çünki onlar profilinə uyğun xəstəliyin müalicə üsulları üçün tam effektiv təchizata malikdirlər.
  • Varikoz damar mərkəzi seçərkən həmçinin, tibb mərkəzinin təcrübəsinə və pasiyentlərin rəylərinə də diqqət yetirin. Tibb mərkəzi haqqında yaxşı təhlil və çoxlu müsbət rəy varsa, bundan sonra bu tibb mərkəzinə daha çox inam artar. Böyük tibb mərkəzləri daima öz nüfuzunu qorumağa çalışmaqdadırlar.
  • Klinika seçərkən pasiyentlərin diqqət yetirməli olduğu əsas nöqtələrdən biri də tibbi xidmətlərin qiymətidir. Lakin sağlamlığa qənaət edilməsinin yanlış fikir olduğunu anlamaq lazımdır.
  • Tibb mərkəzinin seçilməsində sağlamlığın təhlükəsizliyi başqa bir əsas amildir. Hər hansı tibb mərkəzində seçiminizi qətiləşdirməzdən əvvəl, tibb mərkəzinin pasiyentin sağlamlığının təhlükəsizliyini necə təmin etməsini bilmək vacibdir. Bunun üçün bütün imkanların mövcudluğu müəyən edilməlidir. Məsələn, tibbi müalicələr zamanı steril şərait müşahidə olunmalıdır. Tibb mərkəzinin aşağı ətrafların varikoz damarları üçün müxtəlif növ müalicələr təklif edə bilməsi və müasir avadanlıqlara malik olması arzuolunandır.

Xülasə, pasiyent fleboloji tibb mərkəzi seçimi ilə qarşılaşdıqda, yüksək ixtisaslaşmış tibb mərkəzinə üstünlük verməsi məsləhətdir, həmçinin həmin mərkəz yüksək nüfuza və müsbət rəyə malik olmalıdır.

Suallarınızı həkimlərimizə ünvanlayın

Back To Top