skip to Main Content

Yay üçün ayaqların hazırlanması

Yay üçün Ayaqların Hazırlanması

Yay üçün ayaqların hazırlanması dedikdə nə nəzərdə tutulur?

Yay üçün ayaqların hazırlanması vacibdir. Uzun bir soyuq qış mövsümündən sonra yayın gəlişi və istiliyin artması ilə əlaqədar qalın ayaqqabı və paltarları açıq ayaqqabılar və ətəklər əvəz etmiş olur. Çox vaxt bu dövrdə əksər qadınlar görünüşündə olan kiçik qüsurları düzəltmək istəyirlər. Belə çatışmazlıqlardan biri ayağın dərisində kapilyar torların olmasıdır. Tibbdə kapilyar torlar “teleangioektaziya” adlandırılır. Kapilyar tor problemi əksər qadınları çox narahat edir, çünki əhəmiyyətli bir estetik qüsurdur. Tez-tez kiçik damar torları dizaltı nahiyədə və budun yan səthində əmələ gəlmiş olur. Damar şəbəkəsinin (teleanqioektaziyaların) görünüşü ilə bağlı şikayətləri olan qadınların həkim-fleboloqa müraciət etməsi məsləhət görülür.

Fleboloq kapilyar şəbəkənin görünüşünün səbəbini anlamağa kömək edəcək və bu problemi aradan qaldırmaq üçün müalicə təyin edəcəkdir. Evdə xalq təbabəti ilə müalicə kiçik damar torlarının aradan qaldırılmasına imkan vermir. Daha erkən müalicəyə başlamaqla, xəstəliyin sürətlə sağalmasını müşahidə etmək olar. Həkim nöqteyi-nəzərindən, aşağı ətraflarda damar şəbəkəsinin görünüşü problemi yalnız estetik deyil, həm də tibbi problem sayılır. Ayaqların dərisində genişlənmiş kapilyarların görünüşü damar tonusunun azalmasını göstərir. Bu simptomlar aşağı ətraf varikoz genişlənmiş damarların xəstəliyinin inkişafını göstərən ilk əlamətlərdən biri sayılır. Əgər kapilyar torlara əlavə olaraq, pasiyentin ayağında ağırlıq və yorğunluq kimi şikayətləri də əlavə olunarsa, qeyri-invaziv instrumental müayinə – Rəngli Doppler təyin olunur.

yayda varikoz damarlar

Kiçik damarların torları problemində təəssüf ki, konservativ müalicə üsulu effekt vermir. Amma heç bir cərrahi müdaxilə də tələb olunmur. Alternativ, effektiv bir üsul var ki, bu uzun müddət genişlənmiş kapilyarların problemindən xilas olmağa imkan yaradır. Bu metod “Skleroterapiya” adlanır. Qış vaxtı müalicəyə başlamaq məsləhət görülür, ona görə ki, bu fəsildə Skleroterapiya ilə müalicənin aparılmış olduğu nahiyə ultrabənövşəyi radiasiyaya məruz qalmır və fəsadların yaranma riski aşağı olur. Bundan əlavə, pasiyentin dərisinin fərdi xüsusiyyətlərinə görə Skleroterapiya prosedurundan sonra dəri göyərməsi görünə bilər. Tipik olaraq, bu reaksiya dərmanın tətbiq olunduğu nahiyələrdə normal sayılır. Dərinin göyərməsi müalicə tələb etmir, çünki bir və ya iki aydan sonra keçib gedir. Bu baxımdan, kiçik damar torlarının müalicəsinə yay mövsümünün əvvəlində başlanılmalıdır.

Suallarınızı həkimlərimizə ünvanlayın

Back To Top