Aşağı ətraf varikoz damarları zamanı masaj
Aşağı ətrafların varikoz damarları olan insanlara masaj etmək olarmı?
Varikoz damarlar üçün masaj lazımdır mı? Bu suala cavab bir neçə faktordan asılıdır. Məsələn, varikoz genişlənmiş damarların inkişafının hansı mərhələdə olduğunu bilmək çox vacibdir və hansı masaj növü planlaşdırılır.
Varikoz damarlar üçün masaj iki böyük kateqoriyaya bölünür.
Birinci kateqoriyaya aşağı ətrafların sərbəst masajı (insanın özünə etdiyi masaj) daxildir.
Bu masaj növü varikoz genişlənmiş damarların inkişafının hər hansı bir mərhələsində edilə bilər (dərid’ trofik dəyişikliklər olmadığı təqdirdə). Daha çox bu masaj ev şəraitində istifadə olunur. Dərman gelləri və məlhəmlər tətbiq edilir. Həkim-fleboloqun təyin etdiyi gel və məlhəmlər dəriyə tətbiq olunur və yumşaq hərəkətlərlə masaj edilir. Həkim-fleoboloqlar səhər və axşam vaxtı 5-7 dəqiqəlik müddətdə sərbəst masaj aparmağı məsləhət görürlər. Gel və məlhəmlər aşağı ətraflara masaj ilə tətbiq edildikdə, bunlar ayaqlarda qanın mikrosirkuliyasına müsbət təsir göstərmiş ola bilər. Bu metod ayaqlar;n genişlənmiş damarların;n kompleks müalicəsində istifadə edilə bilər. Ev şəraitində sərbəst ayaq masajı varikoz xəstəliyinin qarşısının alınmasında və xüsusilə də, varikoz genişlənmiş damarların inkişafının ilkin mərhələlərində effektiv sayılır.
İkinci kateqoriya – peşəkar masajdır.
Belə masajın müxtəlif növləri vard;r. Müxtəlif peşəkar masaj növləri müxtəlif formada təsir etmə məqsədlərinə malikdir və tətbiqi üsulları fərqlidir. Məsələn, peşəkar masaja sağlamlıq, kosmetik, antisellülit və bir çox digər masaj növləri daxildir. Hər hansı bir peşəkar masaj kursuna başlamazdan əvvəl həkimə müraciət etmək lazımdır. Bu xüsusilə aşağı ətraflarında varikoz genişlənmiş damar xəstəliyi olan insanlar üçün aiddir. Bunun səbəbi CEAP beynəlxalq təsnifatına əsasən varikoz damarların inkişafının ikinci və üçüncü mərhələlərində genişlənmiş damarların dəri səthində görünməsidir.
Masajçı bəzi masaj növlərinin həyata keçirilməsi prosesində dəri yoğurma, sürtmə kimi digər aktiv hərəkətlər həyata keçirir. Varikoz genişlənmiş damarların divarı çox incədir və bu təsirlərdən asılı olaraq asanlıqla zədələnə bilər. Varikoz genişlənmiş damarın divarı zədələnərsə, ağır qanaxma baş verə bilir. Qadınlar arasında antiselülit masajı çox istifadə edilir. Bu masajın həyata keçirilməsi müəyyən məhdudiyyətlərə malikdir. Məsələn, antiselülit masajı tromboflebit, damarların trombozu, həmçinin ağır xroniki damar çatışmazlığı zamanı əks göstərişdir.